Bank Of Baku

İran Parlamenti "Mühafizə Planı"nın ümumi müddəalarını təsdiqləyib

İran Parlamenti "Mühafizə Planı"nın ümumi müddəalarını təsdiqləyib
# 22 fevral 2022 21:53 (UTC +04:00)

İran parlamentini Kiberməkanda İstifadəçilərin Hüquqlarının Müdafiəsi üzrə Birgə Komissiya "Mühafizə Planı"nın ümumi müddəalarını təsdiqləyib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu planın lehinə 18 səs və əleyhinə 1 səs verilib.

"Mühafizə planı"nın detalları komissiyanın növbəti iclasında müzakirəyə çıxarılacağı bildirilir.

Qeyd edək ki, bir müddət öncədən bu planın təsdiqlənməsi İranda sosial şəbəkə istifadəçilərinin narahatlığına səbəb olmuşdu.

Fəallar internetin məhdudlaşması, sosial şəbəkələrdə iş və gəlir əldə etmənin məhdudlaşmasından narahatdılar.

Baxmayaraq ki, bu planı dəstəkləyənlər bildirir ki, plan internetin məhdudlaşdırılmasına xidmət etmir. Bu plan haqqında digər məsələ budur ki, digər ölkələrin mesajlaşma sistemlərinin İranda fəaliyyəti üçün qanunlara tabe olması tələb olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR