Bank Of Baku

İran Prezidenti yeni kabinet üzvlərinin siyahısını məclisə təqdim edib

İran Prezidenti Seyid İbrahim Rəisi

© APA | İran Prezidenti Seyid İbrahim Rəisi

# 11 avqust 2021 13:39 (UTC +04:00)

İranın yeni prezidenti Seyid İbrahim Rəisi öz kabinetini formalaşdırır.

APA-nın Tehran bürosunun məlumatına görə, Seyid İbrahim Rəisi kabinet üzvlərinin siyahısını bu gün məclisə təqdim edib. 

 Məlumata görə, siyahıda Həmidrza Səccadi idman naziri, Əhməd Vəhidi daxili işlər naziri, Seyid İsmail Xətib təhlükəsizlik naziri, Əli Əkbər Mehrabian energetika naziri,  Əmir Əbdullahian xarici işlər naziri, Seyid Ehsan Xanduzi iqtisadiyyat naziri, Hüseyn Bağqoli təhsil naziri, İzzətullah Zərğami əl işləri və mədəni irsin qorunması naziri,  Höccət Əbdülməliki əmək naziri, Məhəmməd Əli Zülfügül elm naziri, Əmir Aştiyani müdafiə naziri, Seydi Cavad Sadatinejad  kənd təsərrüfatı naziri, Bəhram Eynullahi  səhiyyə naziri, Məhəmməd Mehdi  İsmaili  islami irşad və mədəniyyət naziri, Seyid Rza  Fatimi Əmin səmt nazirliyi, Cavad Oci neft naziri, Əmin Hüseyn Rəhimi ədliyyə naziri,  İsa Zarepur rabitə və informasiya texnologiyaları naziri vəzifələrinə təqdim olunublar.

Qeyd edək ki, İran parlamenti şənbə günü keçiriləcək iclasında təqdim olunan siyahını araşdırmaq üçün qəbul edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR