Bank Of Baku

İran sentrifuqa istehsal edən avadanlıqları təhlükəsiz yerə köçürüb

Behruz Kəmalvəndi

© APA | Behruz Kəmalvəndi

# 17 aprel 2022 00:15 (UTC +04:00)

İran Kərəc şəhəri yaxınlığındakı zavoddakı sentrifuqa istehsalı avadanlığının təhlükəsiz yerə köçürüldüyünü təsdiqləyib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi deyib.

O bildirib ki, Kərəc şəhərindəki nüvə zavodunda baş verən terrordan sonra təhlükəsizlik tədbirləri gücləndirilib və senrifuqa istehsal avadanlığının böyük hissəsi daha təhlükəsiz yerə köçürülüb.

Qeyd edək ki, bir müddət öncə Beynəlxalq Atom Enerjisi Agentliyi bildirmişdi ki, İran senrifuqa detalları istehsal edən avadanlığı Kərəcdəki zavoddan Nətənz zavodundakı daha böyük məkana köçürüb.

Kəmalvəndi bildirib ki, hazırda İran və Beynəlxalq Atom Enerjisi Agentliyi arasında texniki məsələlər haqqında müzakirələr aparılmır: "Bəzi xırda məsələlərin qalması mümkündür. Həmin məsələlər də həll olunacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR