Bank Of Baku

İran və Oman, Səudiyyə Ərəbistanı XİN başçıları Hörmüz boğazında təhlükəsizliyi müzakirə ediblər

İran və Oman, Səudiyyə Ərəbistanı XİN başçıları Hörmüz boğazında təhlükəsizliyi müzakirə ediblər
# 28 iyul 2026 11:41 (UTC +04:00)

İranın xarici işlər naziri Abbas Əraqçi Oman Sultanlığının xarici işlər naziri Bədr əl-Busaidi və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanla ayrı-ayrılıqda telefon danışığı aparıb.

APA-nın Tehran bürosunun məlumatına görə, telefon danışıqları zamanı tərəflər ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər, eləcə də regional vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər bölgədə, xüsusilə də Hörmüz boğazında təhlükəsizlik və sabitliyin qorunmasının vacibliyini vurğulayıb, bu məqsədlə əməkdaşlığın gücləndirilməsi və birgə diplomatik səylərin davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR