Bank Of Baku

İran və Omanın xarici işlər nazirləri telefonda danışıb

İran və Omanın xarici işlər nazirləri telefonda danışıb
# 28 avqust 2022 21:23 (UTC +04:00)

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla Oman Sultanlığının xarici işlər naziri Bədr bin Həməd bin Həmud Əl-Busaidi arasında telefon danışığı olub.

APA-nın Tehran bürosunun məlumatına görə, telefon danışığında sanksiyaların ləğvi ilə bağlı müzakirələrdəki son vəziyyət müzakirə olunub.

İranlı diplomat Oman hökumətinə təşəkkür edib və bildirib ki, ABŞ tərəfinin cavabı diqqətlə nəzərdən keçirilir.

"İran İslam Respublikası araşdırdıqdan və yekun qərarından sonra öz fikirlərini açıqlayacaq" – deyə Abdullahiyan bildirib.

Omanın xarici işlər naziri bütün tərəflərin birgə əməkdaşlığı ilə Vyana danışıqlarından qənaətbəxş nəticə əldə olunacağına ümidvar olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR