İran və Rusiya Mərkəzi banklarının rəhbərləri milli valyutalardan istifadəni müzakirə ediblər.
APA xəbər verir ki, İranda səfərdə olan Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina İran İslam Respublikası Mərkəzi Bankının mərkəzi bankının rəhbəri Məhəmmədreza Farzin ilə görüşüb.
Tərəflər ticarət mübadilələrinin gücləndirilməsi və ikitərəfli ticarətdə iki ölkənin milli valyutalarından istifadə edilməsinin vacibliyini vurğulayıblar.