Bank Of Baku

İran vətəndaşlarını Ukraynadan təxliyə edəcək

İran vətəndaşlarını Ukraynadan təxliyə edəcək
# 24 fevral 2022 14:45 (UTC +04:00)

İran öz vətəndaşlarını Ukraynadan təxliyə edəcək.

APA-nın Tehran bürosunun xəbərinə görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.

O bildirib ki, Ukraynada böhran yarandığı ilk gündən ölkənin Xarici İşlər Nazirliyində idarəetmə qərargahı yaradılıb: “Cənab nazir Ukraynada olan iranlıların durumu ilə maraqlanır. İki məlumat yayaraq orada olan İran vətəndaşlarına xəbərdarlıq etmişik. İranda və ölkənin Ukraynadakı səfirliyində 24 saat fəaliyyət göstərən bir telefon xətti fəaliyyət göstərir. Münaqişənin hər iki tərəfi ilə əlaqəmiz var və İran vətəndaşlarının təhlükəsizliyini təkidlə vurğulamışıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR