İndiyədək qarşı tərəfdən heç bir təşəbbüs və təklif almamışıq.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Vyanada nüvə müzakirələrində iştirak edən nümayəndə heyətinin rəhbəri Əli Baqiri deyib.
O bildirib ki, danışıqlar müsbət atmosferdə irəli aparılır.
"İran və “4+1” ölkələri arasında fikir ayrılığı olan məsələlər haqqında qarşı tərəfdən hələlik heç bir təklif və ya təşəbbüs almamışıq. Müzakirələr müsbət atmosferdə davam etdirilir".