Bank Of Baku

İran xaricdən avtomobil idxalı qaydalarını təsdiqləyib

İran xaricdən avtomobil idxalı qaydalarını təsdiqləyib
# 23 avqust 2022 15:38 (UTC +04:00)

İran digər ölkələrdən avtomobillərin idxalı qaydalarını təsdiqləyib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın sənaye, mədənlər və ticarət Nazirliyi məlumat verib.

Məlumatda bildirilir ki, avtomobil idxalına dair icra tənzimləmələri yekunlaşdırılıb və gələn həftə mətbuatda dərc olunacaq.

Qeyd olunub ki, əsasən 20 min dollara qədər qiyməti olan avtomobillərin idxalı nəzərdə tutulur.

Məlumata görə, İran idxal üçün Yaponiyanın “Toyota” kimi avtomobil istehsalçıları, eləcə də Almaniya, Çin və Hindistan avtomobil istehsalçıları ilə danışıqlar aparıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR