Bank Of Baku

İran XİN başçısı Çinə səfər edib

İran XİN başçısı Çinə səfər edib
# 29 mart 2022 11:23 (UTC +04:00)

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Çinə səfər edib.

APA-nın Tehran bürosunun məlumatına görə, səfər bu gün səhər baş tutub.

Məlumata görə, H.Əmir Abdullahiyanın başçılıq etdiyi nümayəndə heyəti Çində Əfqanıstanla qonşu olan ölkələrin XİN başçılarının iclasında iştirak edəcək.

Nazir Çin rəsmiləri ilə də iki tərəfli, regional və beynəlxalq məsələləri müzakirə edəcək.

Onun həmçinin Əfqanıstanla qonşu olan ölkələrin xarici işlər nazirləri ilə də ayrı-ayrılıqda görüşləri nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR