Bu gün Rusiya və Çin nümayəndələri ilə faydalı və konstruktiv görüşümüz oldu.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran xarici işlər nazirinin müavini Əli Baqiri öz “Tvitter” səhifəsində yazıb.
O bildirib ki, müştərək komissiyanın iclasından öncə, Avropa İttifaqının Xarici Əlaqələr Xidmətinin baş katibinin müavini və siyasi direktoru Enrike Mora ilə də görüşü olub. " İran ciddi əməkdaşlığını davam etdirir və xalqımızın hüquq və mənafeyini təmin etmək məqsədilə yaxşı bir razılıq əldə etməkdə qərarlıdır.", - deyə nazir müavini qeyd edib.