Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Tehrana səfərində İranın zənginləşdirilmiş uran materialının Rusiyaya köçürülməsi müzakirə olunmayıb.
APA xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi brifinqdə deyib.
Onun sözlərinə görə, Lavrovun səfəri çoxdan idi ki, gündəlikdə var idi və nüvə məsələsi də keçirilən görüşlərdə müzakirə olunub.
“Amma, biz ABŞ-la nüvə müzakirəsinə daxil olmamışıq ki, onun detalları barədə də fikir mübadiləsi aparaq”,- Bəqayi bildirib.