İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Cənubi Afrika Respublikasına (CAR) gedib.
APA xəbər verir ki, bu barədə İran XİN mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, BRİKS ölkələrinin (red. – BRİCS – Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət iqtisadi qrup) xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün CAR-a gedən iranlı nazirin təyyarəsi artıq Keyptaun hava limanına enib.
Qeyd edək ki, BRİKS iqtisadi qrupuna dünyanın yeni iqtisadi gücləri olan ölkələr daxildir. Buraya Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika daxildir. Bu ölkələr birlikdə dünya əhalisinin təxminən yarısını təşkil edən, dünya ərazisinin təxminən 30 faizində yerləşiblər və dünya üzrə investisiyaların dörddə biri bu ölkələrə cəlb edilir.