Bank Of Baku

İran XİN rəhbəri Pakistana gedib

İran XİN rəhbəri Pakistana gedib
# 02 avqust 2023 16:19 (UTC +04:00)

İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Pakistana səfər edib.

APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi rəsmi “Telegram” kanalında yazıb.

Bildirilib ki, iranlı diplomat artıq paytaxt İslamabaddadır.

Səfər çərçivəsində Pakistan hökumətinin yüksək rütbəli rəsmi şəxsləri ilə müzakirələr və fikir mübadiləsinin aparılması nəzərdə tutulub.

Müzakirələr zamanı ölkələrarası əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi, sərhədyanı ərazilərdə qarşılıqlı əməkdaşlıq, ticari-iqtisadi əlaqələrin inkişafı, regional problemlər və beynəlxalq məsələlər nəzərdən keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR