İran Xarici İşlər Nazirliyi (XİN) Səudiyyə Ərəbistanının Ukrayna ilə bağlı sülh təşəbbüsünü dəstəkləyir.
APA xəbər verir ki, bu barədə İran XİN-in sözçüsü Nasir Kənani bildirib.
“Biz Ukrayna böhranına son qoymaq üçün siyasi həllin tapılmasına kömək edəcək istənilən addım və təşəbbüsü alqışlayır, yeganə həll yolunu siyasi həll hesab edirik”, - Nasir Kənani Ukrayna üzrə sülh danışıqlarına Səudiyyə Ərəbistanının ev sahibliyi etməsinə münasibət bildirərkən qeyd edib.