Bank Of Baku

İran XİN: Vyana sazişinin layihəsi hazırlanıb  

İran XİN: Vyana sazişinin layihəsi hazırlanıb  
# 28 fevral 2022 11:57 (UTC +04:00)

Vyana sazişinin layihəsi hazırlanıb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib.

O bildirib ki, saziş layihəsinin 98 faizini İran və Qərb ölkələri müştərək yazıb.

“Ötən bir neçə gündə Milli Təhlükəsizlik Ali Şurasında və Prezidentlə Vyana müzakirələri mövzusunda bir neçə iclas keçirilib”, - XİN rəsmisi vurğulayıb.

Onun sözlərinə görə, İranın nüvə müzakirələrindəki heyətinin rəhbəri Əli Baqiri bu gün Vyanaya gedib, müzakirələri davam etdirəcək.

Səid Xətibzadə qeyd edib ki, ABŞ 3 əsas məsələ ilə bağlı hələ də siyasi qərar qəbul etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR