İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei 741 nəfərin əfv olunması barədə fərman imzalayıb.
APA-nın Tehran bürosunun xəbərinə görə, əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.
Qeyd edək ki, İranın Məhkəmə Sisteminin rəhbəri Qulamhüseyn Möhsini Əjeyi Məbəs bayramı münasibətilə əlaqədar olaraq Ayətullah Xameneiyə məktubla müraciət edib. Məktubda 741 məhbusun əfv edilməsi, cəzalarının yüngülləşdirilməsi və ya azaldılması xahiş olunub.