İranda polislə silahlı şəxslər arasında atışma olub.
APA-nın Tehran bürosunun məlumatına görə, hadisə Sistan və Bəlucistan əyalətinin Delqan bölgəsində baş verib.
Silahlı insident nəticəsində polis əməkdaşı həyatını itirib, iki silahlı şəxs yaralanıb.