İranın Kirman əyalətində xarici ölkələrdən birinin kəşfiyyat xidmətinə casusluq etməkdə ittiham olunan şəxs həbs edilib.
APA-nın Tehran bürosunun məlumatına görə, təqsirləndirilən şəxsin əyalətdə təxribat həyata keçirmək niyyətində olduğu açıqlanıb.
Onu İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Kəşfiyyat Təşkilatının həbs etdiyi bildirilir.