İranda ötən sutka ərzində 224 nəfər koronavirusdan (COVID-19) ölüb.
APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.
Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 136 390 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 7 039 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7 030 943 nəfərə çatıb.