İranın Fars əyalətində baş vermiş sel və daşqınlarda ölənlərin sayı 21 nəfərə çatıb.
APA-nın Tehran bürosu xəbər verir ki, Fars əyalətinin İstehban şəhərində baş vermiş sel və daşqın nəticəsində 21 nəfər ölüb, 2 nəfər itkin düşüb.
Eyni zamanda, 89 nəfər xəsarət alıb, 79 nəfər xilas olunub, 15 avtomobil sudan çıxarılıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Sel və daşqın kənd təsərrüfatına və bəzi evlərə ziyan vurub.
***
12:12
İranın Fars əyalətində baş verən daşqında ölənlərin sayı artıb.
APA "İnterfaks"a istinadən xəbər verir ki, ölənlərin sayı 17 nəfərə çatıb.
***
05:15
İranın Fars əyalətində baş verən daşqında ölənlərin sayı 11 nəfərə çatıb.
APA-nın Tehran bürosu xəbər verir ki, hadisə nəticəsində 13 nəfər itkin düşüb.
Təbiət hadisəsindən ümumilikdə 55 nəfər əziyyət çəkir.
Yerli hakimiyyət orqanları ölən və yaralananların sayının daha çox ola biləcəyini proqnoz edir.
***
22.07.2022
Saat 20:57
İranın Fars əyalətində sel və daşqın 5 nəfərin ölümünə səbəb olub.
APA-nın Tehran bürosu xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.