İranda vertolyot qəzasında bir nəfər həlak olub.
APA xəbər verir ki, idman nazirinin müşaviri İsmayıl Əhmədi həyatını itirib.
Qəza nəticəsində 16 nəfər xəsarət alıb.
***
17:13
İranın cənubunda - Kirman əyalətində göyərtəsində idman nazirinin olduğu vertolyot qəzaya uğrayıb.
APA xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Hadisə şahidlərinin dediyinə görə, vertolyot eniş edərkən idarəetməni itirib.
İdman naziri Seyid Həmid Səccadinin vəziyyəti stabildir. O və digər sərnişinlər yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.