İranda kəskin hava şəraiti ilə əlaqədar Kənduvan yüksəkliklərindən qayaların düşməsi ilə bağlı xəbərdarlıq edilib.
APA xəbər verir ki, Kənduvan yüksəkliklərindən qayaların uçması ehtimalı var.
Sürücülərə diqqətli olmaları ilə bağlı xəbərdarlıq edilib.
Qeyd edək ki, Kənduvan Səhənd dağının ətəklərində Təbrizlə Üski şəhərləri arasında yerləşən yaşayış məntəqəsidir. Kəndin evləri qayalar içində tikilib.