İranda ötən sutka ərzində 28 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasından ölüb.
APA-nın Tehran bürosu xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.
Bununla da İranda koronavirusdan ölənlərin sayı 140 678 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 2 737 nəfər koronavirusa yoluxub.
Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7 197 505 nəfərə çatıb.