İranda ötən sutka ərzində 42 nəfər koronavirusdan (COVID-19) ölüb.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da ölkədə bu virusdan ölənlərin sayı 130 764 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 2 706 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 157 519 nəfərə çatıb.