İranda ötən sutka ərzində 78 nəfər koronavirusdan (COVID-19) ölüb.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 130 066 nəfərə yüksəlib.
İranda son sutka ərzində 3 603 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 129 199 nəfərə çatıb.