Bank Of Baku

İranda maşında tək qalan uşaq istidən ölüb

İranda maşında tək qalan uşaq istidən ölüb
# 03 avqust 2023 19:58 (UTC +04:00)

İranda maşında tək qalan uşaq istidən ölüb.

APA xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

Xuzistanda təxminən iki saat maşında tək qalan uşaq istidən ölüb. Bundan əlavə, 27 nəfər günvurma ilə əlaqədar tibb məntəqələrinə müraciət edib.

İranın Abadan və Omidiye şəhərlərində 51 dərəcədən yuxarı temperatur qeydə alınıb.

Qeyd edək ki, İranda istilərlə bağlı bu həftənin iki günü tətil elan edilib. Səhiyyə naziri gələn həftə istilərə görə tətil elan edilməsi ehtimalına da münasibət bildirib. Onun sözlərinə görə, Səhiyyə Nazirliyi bununla bağlı təklifi hökumətə təqdim edəcək: “Gələn həftə üçün hələ qərar verilməyib. Son qərarı hökümət verəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR