İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 115 nəfər ölüb.
APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.
Bununla da İranda koronavirusdan ölənlərin sayı 83 588 nəfərə yüksəlib.
İranda ötən sutka ərzində 10 820 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 150 949 nəfərə çatıb.