İranda ötən sutka ərzində 181 nəfər koronavirusdan (COVID-19) ölüb.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da ölkədə bu virusdan ölənlərin sayı 123 876 nəfərə yüksəlib.
İranda ötən sutka ərzində 7 515 nəfər COVID-19-a yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 5 773 419 nəfərə çatıb.