Bank Of Baku

İranda sel və daşqınlar nəticəsində 6 nəfər ölüb

İranda sel və daşqınlar nəticəsində 6 nəfər ölüb
# 04 yanvar 2022 11:34 (UTC +04:00)

Ötən gün İranın Fars və Kirman əyalətlərində baş vermiş sel və daşqınlarda ölənlərin sayı 6 nəfərə çatıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Mehdi Vəlipur deyib.

Onun sözlərinə görə, hadisə baş verən bölgələrə 500 əməliyyat qrupu ezam olunub, 3 min nəfərdən çox insan sığınacaqlara yerləşdirilib, 20 min nəfərə yardım göstərilib.

O, seldən ən çox Minab və ətraf kəndlərin ziyan gördüyünü vurğulayıb.

Qeyd edək ki, bundan öncə seldən 3 nəfərin öldüyü bildirilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR