Bank Of Baku

İranda sərnişin təyyarəsi təcili eniş edib

İranda sərnişin təyyarəsi təcili eniş edib
# 09 dekabr 2021 16:01 (UTC +04:00)

“Kish Air” hava yollarına məxsus sərnişin təyyarəsi İranın Şiraz şəhərindəki hava limanında təcili eniş edib.

APA-nın Tehran bürosunun məlumatına görə, ölkənin Kiş adasından Sari şəhərinə uçan təyyarə Şirazın Dəstğeyb adına hava limanında təcili eniş edib.

Məlumata görə, təyyarənin təcili eniş etməsinə texniki nasazlıq səbəb olub.

Sərnişinlərdən xəsarət alan olmadığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR