İranda Rəşt şəhərindən Məşhədə uçan təyyarə Qorqan şəhərində təcili eniş edib.
APA-nın Tehran bürosunun məlumatına görə, təyyarənin Qorqan şəhərində təcili etməsinə səbəb texniki nasazlıq olub.
Eniş zamanı sərnişinlərdən xəsarət alan olmayıb. Sərnişinlər başqa təyyarə ilə Məşhədə yola salınıb.