"İranda son 50 ilin ən şiddətli quraqlığı yaşanır".
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın energetika naziri Əli Əkbər Mehrabian deyib.
O bildirib ki, ölkənin su bəndlərində suyun həcmi 18 milyard kubmetrə qədər azalıb.
"Cari ildə yağıntılar ötən illə müqayisədə 50 faiz azalıb. Ötən 50 illə müqayisədə isə yağntılar 37 faiz azalıb",- deyə Ə.Mehrabiyan bildirib.
Qeyd edək ki, İran quraqlıq zonada yerləşir və ötən 50 il ərzində bu ölkədə müxtəlif dövrlərdə quraqlıq olub. 1992-2002-ci ildə baş verən quraqlıq ölkənin əkinçilik sahəsinə böyük ziyan vurub və bəzi şəhərlərdə, o cümlədən paytaxt Tehranda içməli suya kvotalar tətbiq olunub. Su çatışmazlığı bəzi şəhər və əyalətlərdə etirazlara səbəb olub.