Bank Of Baku

İranda xarici valyuta daşınması və saxlanması qanunsuz sayılır

İranda xarici valyuta daşınması və saxlanması qanunsuz sayılır
# 13 aprel 2022 19:13 (UTC +04:00)

İranda xarici valyutaların daşınması və saxlanması qanunsuz hesab olunur.

APA-nın Tehran bürosunun məlumatına görə, İran parlamentinin təsdiqlədiyi yeni qanuna əsasən, xarici valyutanın ölkəyə giriş-çıxışı qaçaqmalçılıq nümunəsi kimi qəbul ediləcək. Valyuta sahibləri qaçaqmalçılığa görə cəzalandırılmamaq üçün 3 ay ərzində aktivlərini sistemdə qeydiyyatdan keçirməlidir.

Məlumatda qeyd olunur ki, əgər xarici qeyd olunan müddətdə aktivləri sistemə yerləşdirilməsə, bu, qaçaqmalçılıq hesab olunacaq.

Qeyd olunub ki, xarici vətəndaşlar İrana səfər edərkən hər nəfər 10 min avro və ya onun dəyərində digər xarici valyuta ölkəyə gətirə bilər. Xarici vətəndaşlar ölkədən hava yolları vasitəsilə 5 min avro, quru yollar ( dəmir yolları və dəniz vasitəsi) ilə 2 min avro və ya onun dəyərində digər xarici valyuta ölkədən çıxara bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR