Bank Of Baku

İranda yağışa görə 347 nəfər xəstəxanaya müraciət edib

İranda yağışa görə 347 nəfər xəstəxanaya müraciət edib
# 12 noyabr 2022 20:58 (UTC +04:00)

İranda yağışdan sonra yaranan sağlamlıq problemlərinə görə 347 nəfər xəstəxanaya müraciət edib

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Əhvaz Tibb Elmləri Universitetinin vitse-prezidenti Həbib Heybər deyib.

O bildirib ki, son 2 gündə payız yağışı nəticəsində yaranan tənəffüs problemləri ilə əlaqədar Xuzistan əyalətində 347 nəfər tibb mərkəzlərinə müraciət edib. Pasientlərdən 5 nəfərin vəziyyəti ağırdır.

Heybər tövsiyə edib ki, payız yağışları zamanı yağış kəsildikdən sonra ən azı 1 gün açıq havada idmanla məşğul olmaqdan çəkinməli, xəstəlik riski yüksək olan insanlar evdən çıxmaq zərurəti yarandıqda uyğun maskadan istifadə etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR