İranın paytaxtı Tehranda beton qarışdıran maşın 13 avtomobillə toqquşub.
APA-nın Tehran bürosunun məlumatına görə, hadisə Tehranın Qərb magistral yolunda baş verib.
Hadisə nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Magistral yol bağlanıb və hazırda yolun açılması üçün səy göstərilir.