Bank Of Baku

İranın Ali Rəhbəri təhlükəsiz əraziyə təxliyə edilib

İranın ali dini lideri Ayətullah Əli Xamenei

© APA | İranın ali dini lideri Ayətullah Əli Xamenei

# 28 sentyabr 2024 13:21 (UTC +04:00)

“Hizbullah” liderinin qətlindən sonra İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei təhlükəsiz əraziyə təxliyə edilib.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edək ki, bir qədər əvvəl İsrail mediası Şeyx Həsən Nəsrullahın öldürülməsi barədə informsiya paylaşıb.

O da bildirilib ki, “Hizbullah” lideri ilə əlaqə sonuncu dəfə sentyabrın 28-də yaradılıb. İsrailin Beyruta aviazərbələrindən sonra Nəsrullah bir daha tərəfdarları ilə bağlantı qurmayıb.

Hələlik “Hizbullah” öz liderinin ölümünü nə təsdiq, nə də təkzib edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR