İyulun 25-də İranın bəzi bölgələrində, əsasən də Tehranın bir çox ərazilərində internet kəsilib.
APA-nın Tehran bürosunun məlumatına görə, sabit və mobil internetin kəsilməsi barədə ilkin olaraq sosial şəbəkələrdə məlumatlar yayılıb. Bu, bir çox şirkətlərin işində ləngimələrə səbəb olub. İnternetin qoşulduğu məhdud ərazilərdə sürətin çox aşağı olduğu bildirilir.
Bu məsələ ilə bağlı İran Telekommunikasiya Şirkətinin bəyanatında bildirilib ki, Tehran və müxtəlif bölgələrdəki internetin kəsilməsinin İran Telekommunikasiya Şirkəti ilə əlaqəsi yoxdur.
İran Telekommunikasiya Şirkətinin Rabitə və Beynəlxalq Əlaqələr Baş İdarəsindən isə təsdiqlənib ki, bir neçə saat əvvəldən etibarən, bazar ertəsi səhər saatlarında yaranan fasilə ölkənin bəzi bölgələrində internetin müvəqqəti kəsilməsinə səbəb olub.
Eyni zamanda, “Təcrat News” xəbər saytı Rabitə və Texnologiyalar Nazirliyindəki məlumatlı mənbəyə istinadən bildirib ki, internetin geniş şəkildə kəsilməsinə səbəb “İnfrastruktur Rabitə Şirkətində (LCT binası) elektrik enerjisində yaranmış nasazlıq olub.