Küveyt Beynəlxalq Hava Limanında bütün uçuşlar dayandırılıb.
“Al Jazeera” xəbər verir ki, hava limanı İranın hücumları fonunda təyyarələrin uçuşlarını müvəqqəti olaraq dayandırıb.
Qeyd edək ki, İran bir neçə dəfə ABŞ-ın Küveytdəki hərbi obyektlərinə zərbələr endirib. Hərbi obyektlərdən əlavə olaraq, Küveytdə enerji və dəniz suyunun duzsuzlaşdırılması obyektlərinə də hücumlar olub. Nəticədə həmin obyektlərdə yanğın baş verib.