Paşha Bank
Bank Of Baku

İranın qərbində PJAK-a bağlı silahlı qrup zərərsizləşdirilib

İranın qərbində PJAK-a bağlı silahlı qrup zərərsizləşdirilib
# 16 noyabr 2026 03:48 (UTC +04:00)

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin qərb sərhədindən daxil olaraq terror aktları törətməyi planlaşdırdığı bildirilən PJAK terror təşkilatı üzvlərindən ibarət qrupun əməliyyat nəticəsində zərərsizləşdirildiyini açıqlayıb.

APA xəbər verir ki, SEPAH-ın məlumatına görə, qrup İran ərazisinə daxil olduqdan sonra ölkənin qərb sərhədində nəzarətə götürülüb.

Daha sonra silahlı qrupla SEPAH hərbçiləri arasında toqquşma baş verib və qrup zərərsizləşdirilib.

Əməliyyat zamanı qrup üzvlərinin üzərindən çoxlu sayda sursat götürülüb.

Açıqlamada ölən və yaralananların sayı barədə məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR