İranın Xarici işlər naziri Hüseyn Əmirabdullahiyan Türkmənistanın Baş nazirinin müavini və ölkənin Xarici işlər naziri Rəşid Meredov ilə telefonla danışıb.
APA-nın Tehran bürosunun məlumatına görə, telefon danışığında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi haqqında fikri mübadiləsi aparılıb.
İranın XİN başçısı iki ölkənin prezidentlərinin telefon danışığının baş tutduğunu və gələn ildə Türkmənistan prezidentinin İrana səfərinin proqramlaşdırdığını bildirib. Türkmənistan XİN-in başçısı iki ölkə arasındakı əlaqələrin inkişafının zərurətindən danışıb.