Bank Of Baku

İranda polis postuna silahlı hücum edilib, polis əməkdaşı öldürülüb

İranda polis postuna silahlı hücum edilib, polis əməkdaşı öldürülüb
# 30 iyul 2026 12:39 (UTC +04:00)

İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərində polis əməkdaşlarına silahlı hücum edilib.

APA-nın Tehran bürosunun məlumatına görə, əyalət Polis İdarəsi bildirib , bu gün bir neçə minik avtomobili ilə hərəkət edən silahlı şəxslər İranşəhr rayonunda yerləşən polis nəzarət-buraxılış məntəqələrindən birində xidmət aparan hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıblar.

Hücum nəticəsində bir polis əməkdaşı həlak olub.

Məlumata görə, hadisəni törədən silahlı şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR