Bank Of Baku

İraq ərazisində komendant saatı ləğv edilib

İraq ərazisində komendant saatı ləğv edilib
# 30 avqust 2022 15:12 (UTC +04:00)

İraq Ordusunun Komandanlığı bütün ölkə ərazisində komendant saatını ləğv edib.

APA “Al Jazeera” istinadən xəbər verir ki, bu barədə Komandanlıq məlumat yayıb.

Qeyd edək ki, paytaxt Bağdad və bütün əyalətlərdə avqustun 29-u yerli vaxtla saat 19.00-dan etibarən komendant saatı tətbiq olunmuşdu.

Komendant saatı xüsusi sərəncam olana qədər davam etməli idi. Ordu komandanlığı cəmi bir gündən sonra komendant saatını ləğv etməyə qərar verib.

Xatırladaq ki, İraqdakı Sədr hərəkatının lideri Müqtəda əs-Sədr dünən siyasətdən getdiyini açıqlayıb. Bunun ardınca paytaxt Bağdadda onun tərəfdarları küçələrə çıxıb. Son məlumata görə, təhlükəsizlik qüvvələri ilə toqquşmalarda ölənlərin sayı 30-a çatıb, azı 380 nəfər yaralanıb.

Dünəndən aclıq aksiyasına başlayan Müqtəda əs-Sədr və tərəfdarları Bağdadda oturaq aksiya keçirdikləri “Yaşıl Zona”nı bu gün boşaldıb.

İğtişaşlarla əlaqədar komendant saatı tətbiq olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR