İraqda COVID xəstəxanasında yanğında ölənlərin sayı 90-a çatıb - VİDEO - YENİLƏNİB-4

İraqda COVID xəstəxanasında yanğında ölənlərin sayı 90-a çatıb - VİDEO  - YENİLƏNİB-4
# 13 iyul 2021 14:42 (UTC +04:00)

İraqın Di-Kar əyalətinin Ən-Nasiriyyə şəhərində COVID-19 xəstələrinin müalicə olunduğu xəstəxanada yanğında ölənlərin sayı 90-a çatıb.

APA-nın xəbərinə görə, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Bundan əvvəl faciə nəticəsində 77 nəfərin öldüyü açıqlanmışdı.

***

11.02

İraqın cənubundakı Di-kar əyalətinin Ən-Nasiriyyə şəhərində koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada baş vermiş yanğında ölənlərin sayı artıb.

APA-nın xəbərinə görə, bu barədə bu gün “Al Hadath” telekanalı mənbəyə istinadən məlumat yayıb.

Hadisə nəticəsində ölənlərin sayı 77-yə çatıb.

***

saat 05:25

İraqın cənubundakı Di-kar əyalətinin Ən-Nasiriyyə şəhərində koronavirus xəstələr üçün nəzərdə tutulmuş xəstəxanada baş vermiş yanğında ölənlərin sayı 54-ə çatıb. Azı 70 nəfər xilas edilib.

APA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb. Bundan əvvəl 40 nəfərin öldüyü bildirilirdi.

Məlumata görə, “İmam Hüseyn” xəstəxanasında baş verən yanğının səbəbi ehtiyatsız davranma nəticəsində oksigen balonunun partlamasıdır. Şəhərin mülki müdafiə xidməti yanğının qarşısının alındığını açıqlayıb. Hadisə ilə əlaqədar Səddam ət-Tavil əyalətinin səhiyyə naziri istefa məktubu təqdim edib.

İraqın Baş naziri Mustafa Əl-Kazımi ölkədə matəm elan edib. Bundan başqa, o, faciənin səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaratmaq barədə tapşırıq verib.

Eyni zamanda, parlamentin sədri Məhəmməd əl-Halbusi xəstəxanada baş vermiş yanğın faktının müzakirə olunması üçün qanunverici orqanda xüsusi iclas keçiriləcəyini bildirib.

***

Saat 02:30

Mətnə video əlavə olunub.

***

Saat 01:35

İraqın cənubunda, Di-Kar əyalətinin Ən-Nasiriyyə şəhərindəki koronavirus xəstələri üçün nəzərdə tutulmuş xəstəxanada baş vermiş yanğında ölənlərin sayı 40-a çatıb, azı 70 nəfər xilas edilib.

APA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Məlumata görə, “İmam Hüseyn” xəstəxanasındakı yanğının səbəbi oksigen balonunun partlamasıdır. Hazırda onlarla insan xəstəxanada çıxılmaz vəziyyətdə qalıb. Yanğınsöndürənlər yanğının yayılmasının qarşısını ala bilib.

Hadisə ilə əlaqədar bölgənin Səhiyyə Nazirliyi fövqəladə vəziyyət elan edib. Yerli KİV-lərin verdiyi məlumata görə, ölkənin Baş naziri Mustafa əl-Kazımi faciənin baş verdiyi yerə gedib.

***

Saat 00:53

İraqın cənubundakı Di-Kar əyalətinin Ən-Nasiriyyə şəhərində koronavirus xəstələri üçün nəzərdə tutulmuş xəstəxanada baş vermiş yanğın nəticəsində azı 30 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Yanğın zamanı daha 20 nəfər xilas edilib.

İlkin məlumata görə, “İmam Hüseyn” xəstəxanasında baş vermiş yanğının səbəbi oksigen balonunun partlamasıdır. Hazırda onlarla insanın xəstəxanada köməksiz vəziyyətdə qaldığı bildirilir.

Bu, İraqda koronavirus xəstələri üçün nəzərdə tutulmuş tibb müəssisəsində baş vermiş ilk belə hadisə deyil. Bundan əvvəl aprelin 24-də Bağdaddakı İbn əl-Xətib xəstəxanasında baş vermiş yanğın nəticəsində 82 nəfər ölmüş, azı 110 nəfər xəsarət almışdı.

***

Saat 00:18

İraqın cənubundakı Di-Kar əyalətinin Ən-Nasiriyyə şəhərində koronavirus xəstələri üçün nəzərdə tutulmuş xəstəxanada baş vermiş yanğın nəticəsində azı 13 nəfər ölüb, daha 30 nəfər isə xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, yanğından 20 nəfər xilas edilib.

Bundan əvvəl “Alsumaria” telekanalı xəbər verib ki, “İmam Hüseyn” xəstəxanasında yanğın baş verib, tibb müəssisəsinin rəhbərliyi isə xəstələri təxliyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR