Bank Of Baku

İraqda Türkiyə ordusunun bir hərbçisi şəhid olub

İraqda Türkiyə ordusunun bir hərbçisi şəhid olub
# 13 may 2023 02:37 (UTC +04:00)

Türkiyə ordusunun İraqın şimalında keçirdiyi “Pəncə-Kilid” əməliyyatında bir hərbçisi şəhid olub.

APA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə nazirliyinin yaydığı açıqlamada bildirilib. Məlumata əsasən, 12 may 2023-cü il tarixində “Pəncə-Kilid” əməliyyatı bölgəsində terrorçuların açdığı atəş nəticəsində əsgər Məhəmməd Kiçik şəhid olub.

Açıqlamada iki terrorçunun məhv edildiyi də qeyd edilib.

Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhidə rəhmət, ailəsinə və türk millətinə başsağlığı diləkləri çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR