İraqın Kürdüstan regionundan İran ərazisinə keçmək istəyən “Komala” terror qruplaşmasının liderlərindən biri və 3 üzvü zərərsizləşdirilib.
APA-nın IRNA-ya istinadən məlumatına görə, bu barədə İnqilab Keşikçiləri Korpusundan məlumat verilib.
Bildirilib ki, havaya xəbərdarlıq atəşindən sonra silahlılar sərhədçiləri odlu silahlardan hədəfə alıb. Tərəflər arasındakı toqquşmada öldürülənlərdən biri "Komala"nın liderlərindən olan Ribvar Kərimyandır.
Əməliyyatda ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları da iştirak edib.