Bank Of Baku

İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib

İraqın Baş naziri və ölkənin Silahlı Qüvvələrinin ali baş komandanı Əli əz-Zeydi

© APA | İraqın Baş naziri və ölkənin Silahlı Qüvvələrinin ali baş komandanı Əli əz-Zeydi

# 12 sentyabr 2026 03:20 (UTC +04:00)

İraqın Baş naziri və ölkənin Silahlı Qüvvələrinin ali baş komandanı Əli əz-Zeydi Meysan vilayətindəki qoşunların komandanını vəzifədən azad edib.

Bu barədə İraqın INA agentliyi məlumat yayıb.

Məlumata görə, qərar Səudiyyə Ərəbistanına qarşı son hücumların Meysan vilayətində yerləşən ərazidən həyata keçirildiyinin təsdiqlənməsindən sonra qəbul edilib. Əz-Zeydi Meysan Əməliyyat Komandanlığının rəhbərini tutduğu vəzifədən kənarlaşdırıb.

Bundan əvvəl Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi “Şərq-Qərb” neft kəmərinin İraq ərazisindən buraxılan bir neçə PUA-nın hücumuna məruz qaldığını açıqlamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR