Bank Of Baku

İraqın Vergi Administrasiyasına məxsus 2,5 milyard dollar oğurlanıb - VİDEO

İraqın Vergi Administrasiyasına məxsus 2,5 milyard dollar oğurlanıb - VİDEO
# 17 oktyabr 2022 02:24 (UTC +04:00)

İraqın hüquq-mühafizə orqanları dövlət banklarının birindən Baş Vergi Administrasiyasına məxsus 2,5 milyard dollar vəsaitin yoxa çıxmasını araşıdırır.

APA-nın rəsmi İNA agentliyinə istinadla xəbərinə görə, faktla bağlı istintaqa cəlb olunan şəxslərin adları açıqlanmır. Məsələ ilə bağlı Maliyyə Nazirliyi də daxili yoxlama aparır.

İstintaqın məlumatına görə, Baş Vergi Administrasiyasının Əl-Rafidain bankındakı hesabdan 3,7 trilyon dinar (2,5 milyard dollar) oğurlanıb.

Baş nazir Məhəmməd Şiə əl-Sudani də oğurluğu törədənlərin tezliklə tapılıb cəzalandırılacağını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR