İraqın xarici işlər naziri Fuad Hüseyn Tehrana səfər edib.
APA-nın Tehran bürosu xəbər verir ki, Fuad Hüseynin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində İraqın milli təhlükəsizlik müşaviri Qasim Əl-Ərəci və başqa təhlükəsizlik rəsmiləri də yer alıb.
Səfər çərçivəsində Tehran-Bağdad əlaqələrinin inkişafı və təhlükəsizlik məsələləri müzakirə olunacaq.