Radikal İraq qrupları deyirlər ki, onların pilotsuz təyyarələri bir neçə saat ərzində ikinci dəfə Qolan təpələrindəki hədəflərə hücum edib.
APA xəbər verir ki, bu barədə İraqın İslami Müqavimətinə daxil olan birləşmələrin bəyanatında deyilir.
Radikalların məlumatına görə, “PUA vasitəsilə işğal altındakı Qolan Təpələrində yerləşən həyati hədəfə hücum ediblər”.
İraq İslami Müqaviməti tərəfindən bildirilir ki, pilotsuz təyyarə hücumu “İsrailin mülki şəxslərə qarşı təcavüzünə cavab olaraq, Fələstin və Livan xalqlarına dəstək məqsədilə həyata keçirilib.
Bu gün səhər saatlarında radikallar bildiriblər ki, onların pilotsuz təyyarəsi Qolan təpələrində “hərbi hədəfi” vurub. Konkret hansı obyektlərə hücum edildiyi barədə məlumat verilmir.